Gəncə şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib

Mayın 31-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələrinin müdirləri və həmin bölgələrin təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirdə Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən danışıb. Ümumi təhsil pilləsinin əhəmiyyətindən bəhs edən nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlara həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını bildirib.
Təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyən M. Vəliyeva, eyni zamanda, məktəb rəhbərlərinə tövsiyələrini verib.
Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələri müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 694
  • 2,714
ILK-10 Azeri Website Directory