Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir

Bakıda təşkil olunacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalması ilə bağlı tədbir keçirilib.

ONA-nın məlumatına görə, Atletlər Kəndində baş tutan mərasim çərçivəsində federasiyalar arasında bölüşdürülmüş beş idman zonasında – basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülükdə gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Ən yaxşı nəticə göstərən uşaqlar Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanıblar. Onlar peşəkar idmançılarla ilə ünsiyyət qurmaq, onlarla məşq etmək şansına sahib olublar. İdmançılar isə tədbirin gənc atletləri ilə təcrübələrini bölüşəcəklər.

Tədbirin davamı olaraq müasir Olimpiya Hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi ilə əlaqədar Atletlər Kəndində Olimpiya Qaçış Günü münasibətilə kütləvi qaçış da təşkil edilib. Yarışda 49 təhsil müəssisəni təmsil edən 500 məktəbli iştirak edib. Finişdən sonra qaliblər Milli Olimpiya Komitəsinin hədiyyə və diplomları ilə təltif olunublar. Təltifetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un baş katibinin müavini Azər Əliyev, yarışın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir konsert proqramı və idmançıların Atletlər Kəndinin gəzintisi ilə başa çatıb.

Qeyd edək ki, iyulun 21-27-də keçiriləcək Gənclər Yay Olimpiya Festivalında 10 idman növü üzrə qaliblər müəyyənləşəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory