Göygöldə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə bayram tədbiri keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqların iştirakı ilə geniş bayram tədbiri təşkil olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Təhsil şöbəsinin məsul işçiləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, müəllimlər, şagirdlər  və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününün   dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunduğunu bildirərək,  cəmiyyətimizin gələcəyi olan uşaqlara ölkəmizdə göstərilən hərtərəfli diqqət qayğıdan geniş və ətraflı məlumat verərək bildirilib ki, bu gün Azərbaycanda uşaqların hüquqları Konstitusiya ilə  qorunur, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqların müdafiəsi  ilə bağlı mühüm qərarlar qəbul edilir. Uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib.
Tədbir uşaqların iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilib. Bayram konsertində uşaqların ifasında nəğmələr səsləndirilib, səhnəciklər və bədii kompozisiyalar nümayiş olunub. Sonda “Qoy həmişə günəş olsun” başlığı ilə  asfalt üzərində rəsm müsabiqəsi keçirilib və uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 10
  • 7
  • 667
  • 2,300
ILK-10 Azeri Website Directory