Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi  tərifindən “28 May” NQÇİ-nin akt zalında aztəminatlı ailələrlə görüş keçirildi.

Görüş zamanı  QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.  Sonra qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı.

      Qeyd edək ki, həmin gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü və müqəddəs Ramazan bayramı münasibətilə Çilov adasında yerləşən “28 May” NQÇİ-nin uşaq bağçasında  tədbir keçirilmişdir. Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.  Sonra Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən balaca fidanlara hədiyyələr təqdim olunmuşdur. Öz çıxışında T.İskəndərova “28 May” NQÇI-nin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 76
  • 15
  • 572
  • 1,364
ILK-10 Azeri Website Directory