“Təmiz Xəzər-Abad Ölkəm” layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir

“Təmiz Xəzər-Abad Ölkəm” layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir.
     Belə ki, 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar olaraq Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenində mövcud piyada səkilərində təmir işləri aparılmış  və yeni səki daşları düzülmüşdür.

   Qəsəbənin Saəddin Dadaşov küçəsi, bina 6-da yaşayan sakinlərin istək və arzularına uyğun olaraq çoxmənzilli yaşayış binasının giriş qapıları dəyişdirilərək, yenisi ilə əvəz olunmuş, blokların köhnə pəncərələri dəyişdirilərək yeni plastik pəncərələr qoyulmuş, binanın həyətində yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş və ətrafında təmizlik işləri aparılmışdır.

   Qəsəbənin Şərq küçəsində qəsəbədaxili yolların asfaltlanması işləri görülmüş, yeni salınan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun kənarında əkilmiş ağacların dibləri bellənmiş, suvarılmış və digər küçələrdə alaq otları vurularaq, ətrafda təmizlik işləri aparılmışdır.
     Bundan əlavə qəsəbənin Nizami parkında olan dəmir barmaqlıqlarda rənglənmə işləri aparılmış, şəhidlər parkında alaq otları vurulmuş, ağacların dibləri bellənmiş və ətrafda təmizlik işləri aparılmışdır.
   Qəsəbədə yararsız vəziyyətə düşən zibil konteynerləri təmir olunmuş və əksər yerlərdə yenisi ilə əvəz olunmuşdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 96
  • 15
  • 406
  • 1,403
ILK-10 Azeri Website Directory