Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclas keçiriləcək

Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclasın keçirilməsi nəzərdə tutulub.

ONA-nın əldə etdiyi məlumata görə, xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

Sessiya çərçivəsində komitə iclasları da keçiriləcək. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 96
  • 15
  • 406
  • 1,403
ILK-10 Azeri Website Directory