Dağlıq Qarabağın azərbaycanlı icmasından Ermənistana çağırış

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağrış edib.

ONA Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına istinadən xəbər verir ki, Ermənistan ictimayəti üçün erməni dilində hazırlanan video çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrmizin durumu arasında paralellər aparılıb.

Vurğulanıb ki, Azərbaycan hökumətinin qərarı ilə erməni kilsəsi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edildiyi halda işğal altında olan ərazilərdə dini abidələrimiz məhv edilr.

“Əfsuslar olsun ki, Azərbaycan dövləti belə bir addım atdığı halda Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionu və ətraf rayonlarda xalqımıza məxsus izləri silməyə, tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv etməyə çalışır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Azərbaycanda isə ermənilər də daxil olmaqla, digər etnik azlıqlara məxsus maddi və mədəni irs nümunələrinə hər zaman hörmət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xalqımızın yaşam tərzinə çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini abidələrimizi bərpa edərək onlara yenidən həyat bəxş edəcəyik”, – deyə video çarxda vurğulanır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 90
  • 22
  • 695
  • 2,336
ILK-10 Azeri Website Directory