Əbülfət MƏDƏTOĞLU: BİR DƏLİ ŞEİR…

(“Bir qadına … və hamıya” silsiləsindən)

Mən o , səsi duymayanda

Bu yay günü buzlayıram…

“Yar!” deməkdən doymayanda –

Ürəyimi duzlayıram…

Calayıram ahı , ünü

Elə bil heç calaq tutmur…

Calayıram ayı . günü –

Ürəyim onu unutmur!..

Nə daşlaşır , nə kül olur

Nə də barlanmır göyərib…

Göz önündə ürək solur –

Gözün yoxluğa öyrənib…

Mən nə qədər od, köz olum?-

Bir çınqım düşsün qəlbinə…

Gülüm, məni göz – göz olum

-Dözə bilmirəm səbrinə!..

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 26
  • 17
  • 2,246
  • 4,291
ILK-10 Azeri Website Directory