İCRA BAŞÇISI ŞƏMKİRİN ƏN UCQAR DAĞ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşları yerlərdə fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün Nərimanlı kəndində 19 nəfər sakinin müraciətini dinləyib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər isə əsasən sosial yardım, internet, işıq dirəklərinin yenilənməsi, mübahisəli torpaq məsələsi barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory