ABŞ Türkiyəyə “S-400”-dən imtina üçün variantlar təklif edib

ABŞ rəsmiləri Türkiyədən Rusiyanın “S-400” raket əleyhinə müdafiə sistemlərini almaqdan imtina etməsi üçün bir sıra variantlar təklif edib.

APA-nın TASS-a istinadən verdiyi məlumat görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik və Əməkdaşlıq İdarəsinin rəisi, general-leytenant Çarlz Xuper Brukinqs İnstitutunda çıxışı zamanı bildirib: “Biz Türkiyə hökumətinin “S-400” əldə etməsinin nəticələrini aydınlaşdırdıq.

Eyni zamanda, Türkiyənin bu addımdan imtina etməsi üçün bir sıra variantlar ortaya qoyduq. Nə demək olar, indi Türkiyə tərəfinin qəbul edəcəyi qərarı gözləyirik”. 

Qeyd edək ki, ABŞ ötən günlərdə Türkiyəni “S-400”dən imtina etməyə çağırmışdı. Vaşinqton Ankaraya xəbərdarlıq etmişdi ki, bu silah sistemləri alınarsa, ABŞ “F-35”lərin Türkiyəyə tədarükünə imkan verməyəcək.

Ancaq bu arada “A Haber” telekanalının yaydığı xəbərdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ABŞ-ın ölkəsinə qarşı belə bir ultimatum səsləndirməsi barədəki məlumatları təkzib edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 64
  • 34
  • 703
  • 4,450
ILK-10 Azeri Website Directory