Gürcü spiker: “Sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dost ölkələr arasında bütün aktual məsələlər məhz konsultasiyalar yolu ilə həllini tapır.

Spiker hamını sərhədlə bağlı aparılan danışıqlar ətrafında şəxsi improvizasiyalardan çəkinməyə çağırıb: 

“Hər bir məsələ ölkələr arasındakı münasibətlər çərçivəsində həll olunmalıdır və həddindən artıq gərginlik bu prosesə mane ola bilər”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory