İcra başçısı çoxmənzilli binada görülən işlərlə tanış olub

Bu gün Qazaxda sürətlə tikinti işləri davam etdirilən sahələrdən biri rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır.

Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.

Bu gün Qazax Rayon İcra Hakiiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaq üzrə olan şəhərin Bakı küçəsində yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli 1 saylı binada olub.
Rayon rəhbərinə bildirilib ki, binanın hər 3 blokunda işlər yekunlaşıb. Xarici fasadında isə suvaq işləri başa çatıb. Yaxın günlərdə isə rənglənmə işlərinə başlanılacaq. Bundan əlavə, sakinlərin istəyi nəzərə alınaraq binanın həyətində xeyir-şər evi tikilir. Artıq hörgü, suvaq işləri yekunlaşıb. Dam örtüyünün dəmir hissəsi hazırlanıb. Qısa bir vaxtda da üst hissə vurulacaq.
İcra başçısı binada görülən işlərin keyfiyyətlə və sürətlə aparılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory