Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun üçüncü günündə beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiyalar müzakirə olunacaq.

Trend-in məlumatına görə, forumun proqramı Rusiya-Azərbaycan biznes dialoqu ilə başlayacaq.

Proqramda qeyd olunduğu kimi, Rusiya və Azərbaycan hökumətləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsi kursu ilə irəliləyir.

Hazırda aqrosənaye kompleksində əməkdaşlığın fəallaşması üzrə birgə plan, turizm sahəsində əməkdaşlıq proqramı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üzrə fəaliyyət planı reallaşdırılır, milli valyutalarda qarşılıqlı əməliyyatların həcminin artırılması üzrə məsələlər müzakirə olunur.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 6-dan 8-dək keçirilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 51
  • 24
  • 525
  • 2,668
ILK-10 Azeri Website Directory