Vergiödəyicilərinin dövlət büdcəsinə artıq ödəmələri azalıb

Keçən il vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 21 faizdən çox azalmışdır.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, vergi və digər icbari ödənişlər üzrə vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği cari il yanvarın 1-nə ümumilikdə 2 milyard 1 milyon 221,6 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə olan göstəricidən 543 min 665,8 manat və ya 21,4 faiz azdır. 

Həmin məbləğin 94,3 faizi qeyri-neft, 5,7 faizi isə neft sektorlarına aid olub. Əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə 52,3 faiz azalma qeydə alınıb.Rəydə həmçinin 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətlidərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabraylarında isə artıq ödəmə məbləğinin artdığı bildirilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 94
  • 14
  • 404
  • 1,401
ILK-10 Azeri Website Directory