Kürdəmirdə pambığın kompleks becərilməsi işləri uğurla aparılır

Cari mövsümdə Kürdəmir rayonunda 2809,2 hektar sahədə pambıq əkilib. Əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilir və pambığın ikinci və üçüncü kompleks becərilməsi işləri aparılır.
Kürdəmir  rayonunun  Qocalı kəndi ərazisində fermer Nahid Budaqov  30  hektar  sahədə  pambıq  becərir. Ötən  mövsümdə 20 hektar  sahədə  pambıq  yetişdirən  fermer  38,2  ton  məhsul  təhvil verib ki, bu da hər hektara 19,1 sentener məhsul deməkdir.

Cari ildə fermer hər hektardan azı 30 sentner məhsul götürmək əzmindədir.
Fermer Nahid Budaqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb.Kürdəmirli fermer bildirib ki, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. “Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory