Samuxun Burunqovaq kəndində 330 hektar sahədə taxıl biçini davam edir

Samux rayonunun bütün kəndlərində olduğu kimi Burunqovaq kəndində də taxıl biçini davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Burunqovaq kəndi rayon mərkəzindən 75 kilometr uzaqlıqda yerləşir. 194 ailə təsərrüfatından ibarət kənddə 690 nəfər yaşayır. Kənddə cari ilin məhsulu üçün ümumilikdə 330 hektar taxıl əkilib ki, bunun da 110 hektarı buğda, 220 hektarı isə arpadır.

Bir neçə gün öncə başlayan biçində artıq 113 hektar arpa sahəsi biçilib. Sahələrdə məhsuldarlıq orta hesabla 36 sentnerdən artıq olub.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olduğundan bu kənddə təsərrüfat ənənələri yaxşı inkişaf edib. Sakinlər adından Qəndab Alıyeva ölkəmizdə sərbəst təsərrüfat fəailiyyəti üçün yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.
Samux, 10 iyun, Rauf Hacıyev

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 96
  • 15
  • 406
  • 1,403
ILK-10 Azeri Website Directory