DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV MUŞAVAQ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Daşkəsən rayon İcra Hakimiyyətində keçirilən qəbulda İcra başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbulda bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, məqsədyönlü tədbirlər həyata keçirilir, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən, o cümlədən son illər Muşavaq kəndində aparılmış abadıq-quruculuq işləri barədə danışan rayon rəhbəri əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər cari ilin may ayının 19-da və 24-də rayon ərazisində baş vermiş təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması, kənddaxili və kəndə gələn avtomobil yolunun cari təmir olunması, elektrik dirəklərinin dəyişdirilməsi,qaz xəttinin çəkilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verib.
Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory