Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsində növbəti səyyar qəbul -görüşü keçirilib

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
     Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri,   Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Şağan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.

     Görüşdə RİH başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Şağan qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.       
   Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
   Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 94
  • 14
  • 404
  • 1,401
ILK-10 Azeri Website Directory