İmişlidə Milli Qurtuluş günü qeyd olunub

Bu gün İmişli rayon Mədəniyyət  Mərkəzində “15 iyun Milli qurtuluş günü” münasibəti ilə geniş tərkibli tədbir keçirildi.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri İmişli rayon İcra Hakimiyyətinin başçısı açıq elan edərək dövlətimizin bu günkü müstəqil, güclü dövlətə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin danılmaz əməyindən, uzaqgörən siyasətindən danışdı.

O, bildirdi ki, 1991-ci ildə müstəqilliyimiz elan edildikdən sonra bir-birinin ardınca gələn dövlət başçılarının yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü təhlükə qarşısında qalmışdı.Xalq birmənalı şəkildə Heydər Əliyevin respublikaya rəhbərlik etməsini tələb edirdi. O vaxt hakimiyyətdə olan AXC partiyasının liderləri xalqın haqlı tələbini anlayaraq öz əlləri ilə hakimiyyəti dahi insan, böyük siyasətçi Heydər Əliyevə təhvil verdilər.Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin daxilində olan çəkişmələri dayandırmaq və atəşkəsin əldə olunmasına nail olaraq dövlətin güclənməsi, iqtisadiyyatın yüksəlməsi yönümündə gərgin fəaliyyətə başladı.Heydər Əliyevin bu fəaliyyəti nəticəsində daxili və xarici siyasi sabitlik əldə edilərək iqtisadiyyatımız yüksələn xəttlə inkişaf etməyə başladı.Bunun sayəsində bu gün regionda ən güclü orduya, ən güclü dövlətə sahibik.Ordumuzun gücü və qüdrəti aprel döyüşlərində özünü sübut etdi.
            Bu gün Heydər Əliyev kursunun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev dövlətimizin inkişafı və çiçəklənməsi yolunda yorulmaz fəaliyyət göstərir.
            Daha sonra tədbir rəngarəng konsert proqramı və ədəbi bədii kompozisiyalarla davam edib.
            Tədbir Dövlət Himninin səslənməsi ilə başa çatdı.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 1
  • 1
  • 395
  • 1,840
ILK-10 Azeri Website Directory