Vergilər nazirinin müavini İmişlidə vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli şəhərindəki Vergiödəyicilərinə Xidmət Mərkəzində İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyinin tətbiqi, sahibkarlıq subyektlərində uçotun aparılması və şəffaflaşma prosesində qarşıya çıxan çətinliklər, vergilərin hesablanması və ödənilməsi, e-qaimələrdən istifadə zamanı yaranan suallar, maliyyə sanksiyaları, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işlə təminat, həmçinin vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.


Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 29
  • 23
  • 1,276
  • 2,549
ILK-10 Azeri Website Directory