Şəkidə 15 İyun Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər tədbir keçirilib.
Əvvəlcə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını nümayiş etdiriblər.


Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirilib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu il bu dahi şəxsiyyətin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Heydər Əliyevin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Qeyd olub ki, 1993-cü ilin əvvəllərində ölkədə hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Partiyalar, ictimai – siyasi hərəkatlar, hətta ayrı – ayrı imkanlı şəxslər silahlı qruplar və qanunsuz silahlı birləşmlər yaradırdılar. Cəmiyyətdə müdafiəsizlik və sivil birgəyaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Hamının nəzərləri Naxçıvana dikilmişdi.  Və nəhayət xalqın müqəddaratında “həqiqət anı” olacaq 1993 – cü ilin yayı gəldi. Həmin ilin iyun ayının 15 – də Heydər Əliyev Azərbaycanın Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin və səmərəli dövrü başladı.
     Vurğulanıb ki, bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə prezidenti Cənab İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ 2003 – cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının Ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Bu gün respublikada yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Əldə olunan nəticələr Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, böyük siyasi xadimə çevirmişdir.
Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory