Şamaxı: Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov diqqəti 26 il bundan əvvəl Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışına cəlb edərək vurğulayıb ki, məhz o vaxt Azərbaycanın müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişib.

Ulu öndərimiz siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikada yaşanan xaos və anarxiya, vətəndaş qarşıdurması, getdikcə dərinləşən sosial-iqtisadi böhran şəraitində dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə möhkəmlənməsini, sarsılmazlığını təmin edib. Xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, milli qurtuluşun açdığı yolla parlaq gələcəyinə doğru inamla irəliləyib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan qurtuluşla başlayan zəfər tarixinə yeni-yeni parlaq səhifələr yazmaqda davam edir.

Tədbirdə rayon Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Mədrəsə qəsəbə tam orta məktəbin direktoru Rahib Qasımov, YAP Gənclər Birliyinin sədri və digər çıxış edənlər Azərbaycan tarixində xüsusi önəm kəsb edən Milli Qurtuluş Gününün xalqımızın taleyində dönüş günü olduğunu vurğulayıblar. Məhz o vaxtdan başlayaraq ölkədə sabitlik bərqərar olunub, bütün sahələrdə uğurlu islahatlar həyata keçirilib, iqtisadi tənəzzülün qarşısı alınıb.

Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycanın bugünkü möhtəşəm uğurlarının bünövrəsində Ulu Öndərin işləyib hazırladığı milli dövlət quruculuğu konsepsiyası dayanır

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 52
  • 40
  • 443
  • 2,148
ILK-10 Azeri Website Directory