Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir.

İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir. Ötən həftə Orta Salahlı kəndində keçirilən səyyar görüşdə səsləndirilən məsələnin həll olunması da bu dediklərimizin əyani sübutudur.

İcra başçısının iyunun 13-də Orta Salahlı kəndində keçirilən səyyar görüşü zamanı sakinlər kənddə olan subartezian quyularından 3 ədədinin işləməməsi barədə müraciət etmişdilər.
Görüşün ertəsi gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qaldırılan məsələ və onun həlli istiqamətində görülən işlərlə bağlı müşavirə keçirməsi, məsələ ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi bir daha onu sübut etdi ki, Qazaxda vətəndaş amili hər zaman ön planda olub və bundan sonra da olacaqdır.
İyunun 14-də keçirilən müşavirə zamanı verilən tapşırıq öz müsbət nəticəsini verib. Belə ki, müşavirədə də deyildiyi kimi, şənbə günü hər 3 subartezian quyusunun matoru təmir olunaraq artezianların fəaliyyəti bərpa olunub.
Qazax RİHB aparatındasosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov həmin gün Orta Salahlı kəndində olub, yerində baxış keçirib. Sakinlərlə görüşərək bundan sonra da qaldırılan hər bir məsələyə dəqiq və operativ şəkildə baxılacağını bildirib.
Kənd sakinlərindən Nəbi Babacanov çıxış edərək görülmüş işlərə, xüsusilə də səyyar görüş zamanı subartezian quyuları ilə bağlı məsələnin qısa bir vaxtda öz müsbət həllini tapmasına görə rayon rəhbərliyinə kənd sakinləri adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Qazaxda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili ön planda tutulur. Sakinlər tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır vəmüsbət həllini tapır.
Məlumat üçün onu da qeyd edək ki, səyyar görüşdə qaldırılan digər bir məsələ – qəzalı vəziyyətdə olan elektrik dayaqları ilə bağlı olan məsələ də həll olunub. 5 ədəd köhnə elektrik dayağı yenisi ilə əvəz edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory