Pirallahı rayonunda icbari və könüllü sığorta ilə bağlı tədbir keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Maliyyə Bazarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiyasiyası, “Standard İnsurance” Sığorta Şirkəti, “Paşa Sığorta” ASC-nin nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və əhali arasında belə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
   Tədbirdə mütəxəssislər sığorta sahəsi və könüllü sığorta ilə icbari sığortanın fərqləri barədə dolğun məlumat verib, sığorta olunmağın vacibliyindən, baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarından danışıblar. Mütəxəssislər tərəfindən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də könüllü sığorta növlərindən olan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası baş vermiş konkret hadisələr ətrafında təhlil edilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
   Tədbirdə əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir.
  Yekunda tədbir iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 53
  • 41
  • 444
  • 2,149
ILK-10 Azeri Website Directory