Tərəvəzlərin yumurta ilə birgə qəbul edilməsi antioksidantların mənimsənmə dərəcəsini artırır

Tərəvəzləri toyuq yumurtası ilə birgə yemək daha yaxşıdır. Tədqiqatlar göstərib ki, orqanizm bu zaman daha çox antioksidant alır.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.
Amerikalı alimlərin tədqiqatları nəticəsində məlum olub ki, tərəvəzlərin yumurta ilə birgə qəbulu zamanı orqanizmin faydalı maddələri mənimsəməsi əhəmiyyətli dərəcədə artır.

Mütəxəssislər bu qənaətə gəliblər ki, xüsusilə, pomidorun, kahının və kökün tərkibində olan antioksidant maddələrin – karotinoidlərin miqdarı onların yumurta ilə birgə qəbulu zamanı 9 dəfəyədək arta bilər.
Alimlərin apardıqları eksperimentlərdə kişilər tərəvəz salatını müxtəlif variantda – tərkibində yumurta olan və tərkibində yumurta olmayan variantda qəbul ediblər. Məlum olub ki, salata yumurta əlavə edilən zaman orqanizmdə beta-karotin, alfa-karotin, likopin, lütein və zeaksantinin udulması artıb. Belə ki, lütein və zeaksantinin mənbəyi yumurta sarısında, digər maddələr isə tərəvəzlərin tərkibində olub.
Mütəxəssislər bu faydalı məsləhətdən istifadə etməyi və tərəvəz salatlarına toyuq yumurtası qatmağı tövsiyə edirlər. Onlar xatırladırlar ki, kökün tərkibindəki beta-kerotin orqanizmdə A vitamininə çevrilir, bu da öz növbəsində, görmə qabiliyyətinin yaxşılaşmasına və immun sisteminin möhkəmlənməsinə kömək edir. Pomidorun tərkibindəki likopin isə ağciyər, prostat, mədə xərçəngi xəstəliyinə tutulma riskini azaldır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory