Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində vətəndaşlarla görüş keçirib

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kalva kəndində vətəndaşlarla görüş keçirib.

  Səyyar qəbulda vətəndaşlar 50 mert məsafədə məhəllə yolunun, Kalva kənd tam orta məktəbinə gedən yolun və kəndi rayon mərkəzi ilə əlaqələndirən alternativ qrunt yolun təmiri, bulaqdan uzaq məsafədə yerləşən məhəlləyə su xəttinin çəkilməsi, torpaq sahəsinin naturada yerinin müəyyən olunması, zəlzələ nəticəsində ziyan dəymiş bir sıra evlərin təmir-bərpası və digər yerli əhəmiyyətli sosial problemlərin həlli ilə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

  Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə ötürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory