Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qozlubulaq kəndində səyyar qəbul keçirib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 18-də Şəkinin Qozlubulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.

Kənd sakinləri Ramiz Ramazanov, Ələkbər Səfərov, Novruzəli Abbasov və başqaları çıxış edərək Qozlubulaq kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsi, içməli su probleminin həlli, kənddə EATS quraşdırılması və sakinlərin internetə çıxışının təmin olunması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory