Növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, Kəbirli kəndinin 217 təsərrufatı, 846 nəfər sakini var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 22 sentner günəbaxan, 29 sentner pambıq təhvil vermişlər.

Bu il isə 51,40  hektarda pambıq, 52,23 hektarda taxıl, 15,65 hektarda arpa,  89,66 hektarında günəbaxan,106 hektarında yonca əkiblər.

Kənd ağsaqqalı Zakir Bayramov  kənd sakinlərinə Respublika Prezidenti tərəfindən göstərilən diqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kərim Nəcəfov, Nizami Mahmudov  baramaçılıqla bağlı, Polad Məmmədov həyətyanı sahəsini qrunt sularının basması və Fəqan Orucov  pambıq sahəsinin suvarılması ilə  bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri bildirdi ki, Kəbirli kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib, 2500 m su arxları lildən təmizlənib. Kəbirli və Bayandurlu kəndlərindən keçən  7 km kəndarası yol asfaltlanıb, ərazidə 1000 ədəd çəkil tingi əkilib. Hazırda kənddə Prezidentin Sərəncamı ilə yeni subartezian quyusu qazılır, elektrik təsərrüfatının yenidən qurulması üçün layihə hazırlanıb, yaxın günlərdə isə başlanacaqdır.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, kəndin içməli suya olan tələbatının ödənilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 694
  • 2,714
ILK-10 Azeri Website Directory