İcra başçısı çoxmənzilli binalarda aparılan təmir işləri ilə maraqlanıb

Qazaxda son 3 ildə genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi rayonun simasını xeyli dərəcədə dəyişdirib.

Həyata keçirilən bu tədbirlər Qərbin qapısı sayılan Qazaxın gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradır.

Görülən işlər çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılan sahələrdəndir. Bu gün tam əminliklə söyləyə bilərik ki, Qazaxda bu sahədə təqdirəlayiq işlər görülür. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-nin təmir olunması bu söylədiklərimizin bariz nümunəsidir. 41 bina qalıb ki, onların da əksəriyyətində təmir işlərinə sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində dam örtükləri dəyişdirilən və təmir işləri aparılan Ş.Çobanov 15, Azadlıq 151, Vidadi 14, Heydər Əliyev prospekti 127, Ə.Dilbazi 2 və 4 saylı binalarda olub, görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Binada yaşayan sakinlər onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Azadlıq küçəsi 151 saylı binada yaşayan sakin Əntiqə Həsənova uzun illərən bəri təmir olunmayan binanın dam örtüyünün dəyişdirilməsinə görə sakinlər adından minnətdarlığını çatdırıb. Əhalinin rifah halı ilə yanaşı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını onlara göstərilən qayğı kimi dəyərləndirib. Qazaxda görülən abadlıq işlərinə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə ölkə başçısına minnətdarlığını bildirib.
H.Əliyev prospektində 127 saylı binada yaşayan Natella Süleymanova da görülən işlərə görə səmimi ürək sözlərini çatdırıb. Son illər ölkədə görülən abadlıq işlərinin Qazaxda da həyata keçirilməsini rayon sakini olaraq yüksək dəyərləndirib.
Rayon rəhbəri binalarla yanaşı, həyətlərdə də abadlıq işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib.
İcra başçısı tikinti işləri yekunlaşan Bakı küçəsində yerləşən 1 saylı binada da olub. Rayon rəhbərinə məlumat verilib ki, binada işlər tam başa çatıb. Binanın həyətində sakinlərin istəyini nəzərə alınaraq tikilən xeyir-şər evində isə son tamamlanma işləri aparılır.
Məlumat üçün qeyd edək ki, hazırda şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabani 12 və 14 saylı binalarda da təmir işləri sürətlə davam etdirilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 75
  • 62
  • 716
  • 4,490
ILK-10 Azeri Website Directory