Şirməmməd Hüseynov vəfat etdi

Qocaman jurnalist Şirməmməd Hüseynov dünyasını dəyişib.

APA-nın məlumatına görə, 95 yaşlı jurnalist bu saatlarda evində vəfat edib. 

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 

1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 

1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 

1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 

1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

O, 1966 və 1972-ci illərdə “Qızıl qələm” mükafatına, 1988-ci ildə Respublikanın əməkdar jurnalisti adına, 1991-ci ildə Zərdabi adına mükafatına, 1992-ci ildə Y.Məmmədəliyev adına mükafata, 1998-ci ildə M.Ə.Rəsulzadə adına mükafata, 2014-cü ildə “Şərəf” ordeninə layiq görülüb.

Şirməmməd Hüseynov “Milli haqq və ədalət axstarışında”, “Mənəvi irsimiz və gerçəklik” və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 51
  • 24
  • 525
  • 2,668
ILK-10 Azeri Website Directory