Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verildi

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verildi.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən“Azəriqaz”İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulmuşdur. 

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsindədir.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə davam edən inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. RİH başçısı onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcədə rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.  RİH başçısı kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış və qeyd etmişdir ki, təbii qaz olmayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.

Çıxışının sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.

Gədəbəy rayonunun Yenikənd,Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Azəriqaz İstehsalat birliyinin nümayəndəsi bildirilmişdir ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 min 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. 

Tədbirdə çıxış edən sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory