Qazax rayonunda vətəndaşlar fərdi şəkildə qəbul edilib

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu Respublika Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və həyata keçirdiyi məqsədyönlü layihələr əsasında uğurla davam etdirir. Dövlət siyasətinin əsasını təşkil edən mühüm məqamlardan biri də respublika vətəndaşlarının müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirləri həyata keçirməkdir.

Ölkə başçısının dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da ən mühüm sahə kimi daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə rayon rəhbərinin dövlət başçısının tapşırıq və tövsiyələrini əsas götürərək həftə ərzində sakinlərlə səyyar görüşlər, fərdi qəbullar keçirməsi, vətəndaşların istəyinə əsasən müraciətə yerində baxması məhz bu amala xidmət edir. Ən əsası da bu sahədə görülən işlərin kökündə vətəndaş məmnunluğu dayanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Kosalar kənd sakini Qasımova Marina Çırax qızının qonşusundan narazılığı ilə bağlı müraciətinə yerində baxış keçiriləcəyi bildirilib.
Şəhər sakinləri Əhmədova Afət Zakir qızının, Əfəndiyeva Sima Əliabbas qızının, Əhmədli Nurlanə Nazim qızının, Canalı kənd sakini Qurbanova Xatirə Tavariş qızının, Hüseynbəyli kənd sakini, Qarabağ müharibəsi veteranı Əliyev Ələs Məhəmməd oğlunun, Kəmərli kənd sakini Kazımova Sevda Hətəm qızının, Xanlıqlar kənd sakini Vəliyev Şabo İsmayıl oğlunun, Qızılhacılı kənd sakini Hüseynova Hava Qayıb qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlova Türkan Ramiz qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 75
  • 62
  • 716
  • 4,490
ILK-10 Azeri Website Directory