Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qədili kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Qədili    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qədili      kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İsmayılova Rəna Allahverdi qızı  Şəmkir rayon sakini Alvız adlı şəxsin vətəndaşın pay torpaq sahəsinə mal-qarasını otarmaqla  ziyan vurduğunu bildirmiş və bununla əlaqədar  köməklik göstərilməsini
xahiş etdi.
  2. Kərimov Elşad Kərim oğlu pay torpaq sahələrin suvarılması üçün yeni 1 (bir) ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
  3. Ələkbərov Xəyyam Qurban  oğlu kənd ərazisində qaz təziqinin az olmasını bildirdi və qaz təziqinin artırılmasını .
4. Ərəbov Rizvan Ramiz oğlu  yeni yaşayış massivində elektrik  dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsini xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory