Həcc ziyarəti üçün kvotanın dolmasına 200 nəfər qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1200-ə çatıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 1
  • 1
  • 822
  • 3,273
ILK-10 Azeri Website Directory