2 iyul – Azərbaycan Polisinin peşə bayramıdır! GÜNÜN 24 SAATI…

Onlar bizim təhlükəsizliyimizi qoruyurlar

30 ilə yaxındır ki, biz “Ədalət” qəzeti olaraq Azərbaycan polisinin yanındayıq. Çünki Azərbaycan polisi dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında çox böyük işlər görüb. Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm də ictimai asayişi qoruyublar. Bu müddət ərzində biz həmişə polisin gördüyü işləri gündəmə gətirməklə onlara dəstək durmuşuq.

Ən azından ona görə ki, Azərbaycan polisi günün 24 saatını insanların təhlükəsizliyini qorumaqla yanaşı, ölkəmizdə sabitliyi və ictimai asayişi təmin edir.

Bu o Azərbaycan polisidir ki, Qarabağ müharibəsində, cinayətkarlığa qarşı mübarizədə yüzlərlə şəhid verib və ondan da çox polis əməkdaşı dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında güllə yarası alıb. Zamanın çovğunu, şaxtası Azərbaycan polisini hər cür sınağa çəkib. Və bu sınaq zamanı polis bir daha Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına sədaqətini nümayiş etdirərək onun yanında olub. Başqa sözlə demiş olsaq, xalqın ən ağır günündə, ən çətin məqamənda millətə “qorxma” deyən elə polis olub.

Azərbaycan polisinə uzun müddət general-polkovnik və bu gün Prezident Yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan cənab Ramil Usubov rəhbərlik edib. Onun rəhbərliyi dövründə polisin maddi və texniki bazası daha da möhkəmləndirildi. Çünki cənab prezident İlham Əliyev polisə hə cür qayğı göstərib. Elə bunun bəhrəsidir ki, bu gün tam cəsarətlə demək olar ki, polis orqanlarında xalqını, millətini, dövlətini sevən sıravi əməkdaşdan tutmuş generala qədər çoxlu sayda insanlar çalışırlar. Ramil Usubov polisin nüfuzunu, xalq arasında hörmətini daha da yüksəltdi.

Təbii ki, cənab prezidentin sərəncamı ilə Vilayət Eyvazov yeni nazir təyin edildi. Və bu təyinatla əlaqədar Ramil Usubov da bildirib ki, Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsi bizi çox sevindirdi. Çünki Vilayət Eyvazov uzun müddət daxili işlər nazirinin 1-ci müavini vəzifəsində çalışıb. Aydındır ki, general-polkovnik Vilayət Eyvazovun da tutduğu mövqe dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edir və bundan sonra Azərbaycan polisi bir qədər də möhkəmlənəcək, güclənəcək, prezidentə və dövlətə sədaqəti ilə yadda qalacaqdır.

Biz özümüz də ən çətin anlarda, ən mürəkkəb məqamlarda polisin yanında olmuşuq. Çünki son 30 ildə Azərbaycan polisinin keçirdiyi tədbirlərin əksəriyyətində bizim əməkdaşlar onların yanında olub. Biz onu görmüşük ki, Azərbaycan polisi cinayətkarı necə zərəsizləşdirir… Biz onu görmüşük ki, vətəndaşın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan polisi sinəsini qabağa verərək onu ölümdən xilas edir… Biz onu görmüşük ki, ağır avtomobil qəzasına düşmüş bir ailəni maşının içindən çıxarıb xəstəxanaya aparan Azərbaycan polisi olub. Və heç kimə sirr deyil ki, son illərdə polislə xalq arasında münasibətlər daha sivil qaydada və səmimi qurulub.

Bir faktı da qeyd edək ki, bizim əsas missiyamızdan biri yol polisinin həyata keçirdiyi tədbirləri, reydləri və yoxlamaları işıqlandırmaq olub. Və biz bu reyd və yoxlamalarda nələr görməmişik? Polisin qanuni əmrinə tabe olmayan, ona müqavimət göstərən və hətta qanunu icra edərkən polisin üstünə maşın sürən kriminal elementlərin də şahidi olmuşuq. Bax, həmin anda polis peşəkarlığı və səbri onların köməyinə çatıb, nəticədə yolunu azmış o kriminal elementlər zərərsizləşdirilib.

Zarafat deyil, sutkanın 24 saatı təhlükəsizliyi qoruyasan və özün də rahat olasan. Çünki bu 24 saatda Azərbaycan polisi hər cür hadisə ilə üzləşir. Və oğul odur ki, belə bir ekstremal şəraitdə sən düzgün və ədalətli yol tutasan. Dəfələrlə belə şəraitdə polisin professionallığının və düzgün qərar çıxarmasının şahidi olmuşuq. Kimlərsə polisi gözdən salmaq üçün hər cür vasitələrdən istifadə edib. Hətta onlara şər və böhtan atmaqdan belə çəkinməyiblər. Amma əsl həqiqət isə xalq tərəfindən görünür. Çünki həqiqətin bir üzü var. Ona görə də harda olmağından asılı olmayaraq, polis öz missiyasını vicdanla yerinə yetirməlidir.

Mənim Azərbaycan polisində çoxlu dostlarım var. Onların eləsi var ki, Qarabağ döyüşlərində bir yerdə olmuşuq. Və bəzən mühasirəyə də düşmüşük. Ancaq polisin qoçaqlığı hesabına bu təhlükədən xilas olmuşuq. Füzulinin sabiq polis rəsisi var – polkovnik Binnət Məmmədov. İndi o, təqaüddədir. Dəfələrlə onunla döyüşdə olmuşam.Və 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını ermənidən qoruyan məhz Azərbaycan polisi idi. Çoxları bunu demir. Amma mən deyirəm. Cəbrayılın polis rəisi, polkovnik rəhmətlik Rəşid Məmmədov can qoydu bu vətənin yolunda. Heç bunları unutmaqmı olar? Mən heç vaxt, heç zaman bu iki şərəfli və namuslu polis polkovnikini unuda bilmərəm. Çünki onlar canlarından da, övladlarından çox bu vətəni, bu xalqı seviblər.

Bizim reydlərimiz ən çox yol polisi ilə olur. Onların həm gecə, həm gündüz reydlərində iştirak eləmişik. Bax, onda da çox şeylərin şahidi olmuşuq və hamısını da qəzetimizdə yazmışıq.

Oxuyanlar yaxşı bilir. Onların hansı çətinliklər, hansı əziyyətlər çəkdiyini dönə-dönə görmüşük. Ona görə də polisin peşə bayramında bir daha Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının bütün əməkdaşlarını təbrik edirik. Xüsusən 1-ci, 3-cü, 6-cı, 9-cu tağımın əməkdaşlarını məxsusi qeyd etmək istəyirik. Çünki onlar sözün həqiqi mənasında soyuq qış günlərində, isti yay günlərində sutkanını 24 saatını xidmətdə keçirirlər. O xidmət ki, onları bəzən ən ağır anlar gözləyir. Heç kim də bilmir ki, o ağır andan o polislər necə çıxa biləcəklər. Amma şükürlər olsun ki, onlar peşəkarlıqları hesabına hər cür çətinlikləri dəf edir, dövlətə və dövlətçiliyə xidmətləriylə qürur duyurlar.

Bir daha 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla bütün əməkdaşlarını təbrik edirik. Onlar bizim təhlükəsizliyimizi, həyatımızı qoruyurlar. Qoy Allah-Təala da Azərbaycan prezidentini, Azərbaycan dövlətini və Azərbaycan xalqını qoruyan Azərbaycan polisini hifz eləsin. Bir daha peşə bayramınız mübarək!

Faiq QİSMƏTOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory