Hacıqabul rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir

Hacıqabul rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı bir qrup şagirdlə ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbir Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində davam etdirildi. Rayon İcra Hakimiyyəti başçısı çıxışında hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etdiyin, dövlətimizin də bu mühüm məsələyə qayğı ilə yanaşmasını bildirdi. 

Daha sonra təhsilində nailiyyətləri olan bir qrup şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi. Tədbir məktəblilərin əl işlərindən ibarət sərgisi və konsert proqramı ilə davam etdirildi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory