Ərdoğan Çində Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, BTQ və bütün digər nəqliyyat marşrutları Pekini Londonla birləşdirir ki, bu da bir daha bu layihələrin əhəmiyyətini sübut edir.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 30
  • 16
  • 669
  • 4,416
ILK-10 Azeri Website Directory