Nazir müavini: “Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir”

“Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir. Bunun üçün qanunverici baza da təkmilləşdirilir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat mərasimində ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

A.Cəfərov qeyd edib ki, hökumət islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir.

Nazir müavini bildirib ki, yeni layihənin müddəaları Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə üst-üstə düşür: “Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmağa hazırdır”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 11
  • 10
  • 1,258
  • 2,531
ILK-10 Azeri Website Directory