Kürdəmir heyvandarları yarım ili uğurla başa vurublar

Kürdəmirdə heyvanarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin ilk yarısında uğurlu nəticələrə nail olublar. Belə ki, mal-qaranın və davarların baş sayı, eləcə də heyvandarlıq məhsullarının istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 ayda diri çəkidə ət istehsalı ötən yarımildəkinə nisbətən 631 ton və ya 16 faiz artaraq 4567 tona çatıb.

Habelə, süd istehsalı 849 ton və ya 3,8 faiz çoxalaraq 23 min 63 ton, yun istehsalı 11,2 ton və ya 4,1 faiz artaraq 284 ton olub. Yarım ildə yumurta istehsalında artım 9 faiz olub və 15 milyon 35 min ədədə çatıb.

Altı ayda iribuynuzlu mal-qaranın və davarların da baş sayı artıb. Belə ki, inək və camışların sayı 337 baş çoxalaraq 65 min 371 başa, qoyun-keçilərin sayı isə 5047 baş artaraq 138 min 406 baş olub.

Qeyd edək ki, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarılıqda qazanılan uğurlara səbəb vaxtında kifayət qədər yem ehtiyatının yaradılmasındadır. Belə ki, cari ildə yem bitkilərinin əkin sahəsi ötən ildəkindən 864 hektar çox olmaqla 10 min 234 hektara çatdırılıb. Mövsümün əvvəlindən 4723 ton məhsul toplanıb. Yem bitkilərinin tədarükü davam edir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 26
  • 17
  • 1,248
  • 2,542
ILK-10 Azeri Website Directory