Yeni Çernobıl təhlükəsi: “Metsamor”la bağlı real addımlar atılmalıdır

Ermənistanın çoxdan köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismarını davam etdirməsi bütün regionu təhlükə altında saxlamaqda davam edir. 

Bu, təhlükəlilik dərəcəsinə görə hətta Çernobılla müqayisə edilir. Bu təhlükənin reallığı və ciddiliyi həm ekspertlər, həm də beynəlxalq təşkilatlar səviyyəsində dəfələrlə qaldırılıb. Burada, Avropa İttifaqının da  “Metsamor” AES-in bağlanmasına dair tələbini xatırlatmaq lazımdır.

Ermənistanın bu stansiyanın ölkəni elektrik enerjisi ilə 40 faiz təmin etməsinə dair bəhanələrinə cavab olaraq, Aİ daha təhlükəsiz alternativ enerji mənbələrini inkişaf etdirməyi təklif edib.

Ermənistanda fəlakətin gerçək təhlükəsi barədə heç bir xəbərdarlıq yoxdur. Ancaq qonşu ölkələr-Azərbaycan və Türkiyə bundan  çox narahatdırlar. Çünki “Metsamor”da qəza baş versə, çox güclü şəkildə zərər görə bilərlər. Azərbaycan daim bir çox platformalarda bu nüvə elektrik stansiyasının istismarının dünyaya gətirdiyi dəhşətli təhdidlər  barədə xəbərdarlıq edir. Bu problemdən az narahatlıq keçirməyən Türkiyə  xüsusi təlimlər təşkil edir, insanların təcili köçürülməsi və mümkün bir fəlakətin nəticələrini aradan qaldırmaq üçün ssenarilər hazırlayır. Daha bir genişmiqyaslı mülki müdafiə üzrə təlim ötən ay Türkiyənin Azərbaycan, İran və Ermənistanla dövlət sərhədinin keçdiyi İğdır əyalətində baş verib.

Səkkiz sərhəd kəndini əhatə edən təlimlərdə jandarma qüvvələri, çoxsaylı xilasetmə qrupları, tibb işçiləri, eləcə də xüsusi avadanlıqlar və mühüm əşyalar cəlb edilməklə bioloji və radiasiya təhlükəsi yarandıqda ilkin atılacaq addımlar nümayiş etdirilib.

Türkiyənin sərhəd əyalətinin bir neçə kilometrliyində yerləşən “Metsamor” insanları, bitkiləri, heyvanları, torpağı, suları zəhərləyir.

“O, ətrafdakı hər şeyi öldürür” – əsassız erməni iddialarına qarşı mübarizə üzrə Beynəlxalq Assosiasiyasının rəhbəri (ASIMDER) Göksel Gülbey deyib. İğdır sakinləri, təhlükənin dərəcəsini tam olaraq qiymətləndirərək, “Metsamor”u daha bir Çernobıl adlandırırlar və dəhşətli bir ölüm təhdidi ilə üz-üzə olduqlarını söyləyirlər. G.Gülbey deyib ki, stansiyanın reaktorunu soyutmaq üçün Araz çayının suyundan istifadə olunur və bundan sonra artıq zəhərlənmiş su torpağa daxil olur. Digər tərəfdən, radioaktiv tullantılar çaya axıdılır və uşaqlar, böyüklər çirkli suyu içirlər, əkin sahəsini suvarmaq üçün istifadə olunur. Zəhərli maddələr atmosferə salınır, buna görə də səma burada darıxdırıcı boz, hava isə çox nadir hallarda açıq olur. Əlbəttə ki, bütün bunlar müxtəlif xəstəliklərə səbəb olur. Sakinlər anemiya, onkoloji xəstəlikdən əziyyət çəkirlər, hər ailə təxminən 3-4 xəstəlikdən şikayət edir. İnsanların dişləri qırılır, saçları tökülür, yaddaş problemləri yaranır. Sağlam bir uşağın doğulmasına burada əsl möcüzə kimi baxırlar. Bir qayda olaraq, qadınlarda sonsuzluq problemləri, düşüklər baş verir, hamiləliyi sona çatdırmağa nail olduqda isə uşaqlar xəstə və ya anomaliya ilə doğulurlar. Bütün bunlar “Metsamor”la bağlıdır”.

İki başlı qoyun və beş ayaqlı inək İğdır sərhəd kəndlərinin sakinləri üçün adi hadisədir və onlar ev heyvanları arasında baş verən bu anomaliyalara artıq alışıblar.

“Metsamor” AES-in yerləşdiyi ərazi də təhdidlərlə doludur. Belə ki, stansiya  təhlükəli seysmik zonada qurulub ki, özü özünə təhdid yaradır.

Elektrik stansiyasını 20-ci əsrin 70-ci illərində inşa etməyə başlayıblar, 1976-cı ilin dekabrında isə elektrik enerjisi istehsalına başlayıb. Spitak zəlzələsindən sonra 1989-cu ildə onun birinci enerji bloku dayandırılıb, lakin 1995-ci ildə beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq, stansiyanın fəaliyyəti bərpa edildi. Hal-hazırda işləyən ikinci bir reaktor istismara verildi.

Bu gün Ermənistanın özündə  stansiya layihə müddətini başa vurduğunu, modernləşdirilməyə ehtiyac olduğunu etiraf edirlər.

2014-cü ildə enerji blokunun modernləşdirilməsi proqramını həyata keçirilməsinə qərar verildi. 2015-ci ildə Rusiyanın atom mütəxəssisləri ilə müqavilə imzalandı (bu işlər üçün Rusiya dövlətlərarası kredit və təxminən 500 milyon dollar qrant təqdim etdi) və 2016-cı ilin payızında layihə üzərində iş başladıldı. Amma 2026-cı ilə qədər istismar müddətini artıran təmir belə “Metsamor” AES – təhlükəsini, radioaktiv çirklənmənin səviyyəsini azaltmır. Stansiya Avropa da daxil olmaqla böyük bir bölgə üçün təhlükə yaratmağa davam edir.

Beləliklə, MAQATE və bütün dünya ictimaiyyəti Azərbaycan və Türkiyənin xəbərdarlıqlarını nəzərə alaraq Çernobıl qəzasından daha çox fəlakət gətirə biləcək “Metsamor” təhlükəsinin qarşını almaq üçün real hərəkətə keçməlidirlər.

PƏRVANƏ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory