“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir”

“Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: 

“Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 8
  • 5
  • 583
  • 4,218
ILK-10 Azeri Website Directory