Oğuzda “Gənc liderlər” yay məktəbi təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) gənc siyasətçilər üçün Oğuz rayonunda “Gənc liderlər” yay məktəbi təşkil edib.

Beş gün davam edəcək yay məktəbi zamanı təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 8-də Oğuz şəhərindəki “AFRA” hotelinin konfrans zalında yay məktəbinin açılış mərasimi olub.

Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu il “Yay məktəbləri”ndə min nəfərədək fəal gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya bariz nümunədir.

Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

YAP icra katibinin müavini gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edib. Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Rauf Əliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 23
  • 15
  • 598
  • 4,233
ILK-10 Azeri Website Directory