XİN: “Xəzərlə bağlı məsələlər Türkmənistan və İranla hələlik həllini tapmayıb”

“Azərbaycan və Türkmənistan, Azərbaycan və İran arasında Xəzərdə zonaların razılaşdırılması ilə bağlı danışıqlar prosesi mövcuddur, fürsət yarandıqca ara-sıra görüşlər keçirilir. Amma məsələlər hələ həllini tapmayıb”.

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan Türkmənistan və İranla bu istiqamətdə müzakirələri davam etdirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory