Gəncə Regional Qadın Mərkəzi növbəti maarifləndirici layihəni icrasına edir

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi davam edir.

Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir.

Layihənin əsas hədəfi gənclərdir. Bu məqsədlə layihənin İcra planına əsasən Gəncədə Nizami və Kəpəz Rayon VVAQ şöbələri, GƏNCƏASAN Xidmət Mərkəzində fəaliyyət göstərən VVAQ şöbəsi ilə birlikdə nikaha hazırlaşan,  nikah şəhadətnaməsi alan gənclər və onların ailə üzvləri ilə görüş keçirilib. Görüşü layihə rəhbəri açaraq onun aktuallığından danışıb, bu mövzuda gənclərin, xüsusilə də nikaha girməyə hazırlaşanların daha çox maariflənməyə ehtiyacları olduğunu bildirib. Görüşdə iştirakçılara Ailə qanunvericiliyindən məlumat verilib, nikaha girən zaman vacib olan öhdəliklər izah edilib. Gənclərə Azərbaycan Respublikasında bu sahədə münbit hüquqi bazanın olması billdirilib, mövcud qanunvericilikdən danışılıb, Cinayət Məcəlləsinə əsaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı bu maddələrə əsasən məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edililib. Layihənin eksperti genderəsaslı zorakılığın növlərindən danışaraq, bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından söz açıb, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacib olmasını qeyd edib. Görüşdə çıxış edən VVAQ şöbələrinin rəhbərləri bildiriblər ki, belə maarifləndirici görüşlər nikaha girən gənclərin və onların qohumlarının məlumatlarının artmasına, gələcək fəsadların qarşısının almalarına, qohumluq əlaqələrinin güclənməsinə imkan verir. Görüş günü nikah şəhadətnaməsi alan gənclər və digərləri çıxış edərək çox məlumatlandıqlarını bildirib, təşəkkür ediblər. Sonda gənclərə nikah şəhadətnaməsi təqdim edildi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 3
  • 3
  • 824
  • 3,275
ILK-10 Azeri Website Directory