Polşa Azərbaycana yeni səfir təyin etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.

APA ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub. T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 25
  • 17
  • 600
  • 4,235
ILK-10 Azeri Website Directory