Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri

Bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Z.Əliyev bildirib ki, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, qeydiyyatın elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir”.

Sədr qeyd edib ki, digər məsələ tibb işçilərin yeni əmək haqlarının, bonuslarının hesablanması ilə bağlıdır:

“Tariflər, xidmətlər zərfi, bütün bunlar hamısı hazır vəziyyətdədir. Düşünürük ki, yaxın bir ay ərzində bu razılaşmalar bitdikdən sonra artıq təsdiq olunması üçün göndəriləcək. Təxminən sentyabr ayında bütün sənədlər təsdiqlənməlidir”.(modern.az)

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 76
  • 15
  • 572
  • 1,364
ILK-10 Azeri Website Directory