NATO komandanı: “Azərbaycan etibarlı tərəfdaşdır”

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters öz rəsmi “Facebook” səhifəsində qeyd edib.

General vurğulayıb ki, Azərbaycan NATO-nu sülhməramlı əməliyyatlar məqsədilə yükdaşımalar üçün öz hava məkanı, habelə Əfqanıstanda yüksək səviyyəli mütəxəssis sülhməramlıları ilə təmin edir.

Qeyd edək ki, iki gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər. 

Tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory