Mehriban Əliyeva: “Ümummilli lider bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib”

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda yer alıb.

“Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”, – deyə yazıda qeyd olunub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 24
  • 15
  • 2,244
  • 4,289
ILK-10 Azeri Website Directory