Rusiya XİN: “Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir”

Rusiyada Gürcüstan vətəndaşlarına viza rejiminin ləğvi məsələsi hələ də qüvvədədir.

APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin səsləndirib.

O bildirib ki, Tbilisidə baş vermiş son hadisələr və iki ölkə arasında müşahidə edilən soyuq münasibət rəsmi Moskvanı fikrindən döndərməyib. 

Karasin əlavə edib ki, vizanın ləğvi üçün gürcü tərəfinin görüş təklifi şərtdir.

XİN rəsmisinin sözlərinə görə, Moskva əlaqələrin yoluna düşməsi üçün əlindən gələni edir və rəsmi Tbilisini də eyni addımları atmağa səsləyir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 21
  • 19
  • 514
  • 1,349
ILK-10 Azeri Website Directory