Tramp: “Türkiyəyə sanksiya tətbiq etməyi düşünmürəm”

ABŞ prezidenti Donald Trampdan Türkiyəyə yönəlik açıqlama yayımlanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, ABŞ prezidenti S-400 zenit raket kompleksinin (ZRK) Türkiyəyə gətirilməsi mövzusunda bu ölkəyə sanksiya tətbiq etməyi düşünmdəiyini ifadə edib. 
Oval Ofisdə Trampa “Türkiyəyə sanksiya tətbiq edəcəksizmi?” sualına cavabı konkret olub: 

“ Xeyr, hazırda sanksiya haqqında düşünmürəm”.

Qeyd edək ki, Rusiyadan alınan S-400 ZRK-nın Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin bu addımı ABŞ-ın ciddi narazılığına səbəb olub.

Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan beşinci nəsil F-35-lərin çatdırılması ilə uyğun gəlmir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory